Nəsrullah gizli yerdə dəfn olunub

6-10-2024, 11:24           
Nəsrullah gizli yerdə dəfn olunub
Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

Modern.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Bildirilib ki, bu qərar dəfn mərasiminin İsrail hava hücumunun hədəfinə çevrilə biləcəyi təhlükəsi səbəbindən verilib.

Xatırladaq ki, 27 sentyabr 2024-cü ildə Hizbullahın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru