"Əmrahbank"ın Sahil filialının direktoru haqda sensasion məlumatlar
28-05-2015, 23:04
"Əmrahbank" ASC Sahil filialının direktoru Rəmiyəddin Məmmədovun adı bir sıra xoşagəlməz məqamlarda hallanıb.
“Gundelik-baku.com” yazır ki, bu filial Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 A ünvanında yerləşirr. Filialın rəhbəri bir müddət öncəyə kimi "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri vəzifəsində çalışıb.
Məhz elə həmin dövrdə bir sıra neqativ hallara qol qoyub. Həmin filialın kredit şöbəsinin müdiri Faiq Məmmədov da onun əməllərinin qurbanı olub.
Belə ki, Faiq Məmmədov bankda baş vermiş yeyinti faktına görə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir. Məlumatlı şəxs iddia edir ki, 2008-ci ilin sonunda Rəmiyəddin Məmmədov Faiq Məmmədovun evinə gedərək banka 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün qarşı tərəfdən pulun ödənilməsində ona kömək etməsini xahiş edib. Yeyinti faktına görə yalnız Faiq Məmmədov həbs edilib.
Rəmiyəddin Məmmədov "Kapital Bank"da çalışdığı dönəmlərdə öz doğma xalası oğlu Qurban Bəhmənov və qohumu Zöhrab Həsənovun da evlərini girov qoyaraq əvəzində külli miqdarda pul götürüb. Bir müddət sonra isə onlar da Faiq Məmmədov kimi həbs ediliblər. Lakin Rəmiyəddin Məmmədov bu dəfə də həbs təhlükəsindən yaxa qurtarmağı bacarıb.
Rəmiyəddin Məmmədov bir sıra məsələləri məhz Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin köməkliyi ilə reallaşdırır. Bu səbəbdən də o, "Kapital Bank"ın 2 saylı filialının müdiri vəzifəsində çalışdığı vaxt yeyinti faktına görə həbs olunma təhlükəsindən sığortalanmağı bacardı.