ÜST dünya miqyasında rekord vərəmə yoluxma haqda məlumat yaydı

2-11-2024, 15:54           
ÜST dünya miqyasında rekord vərəmə yoluxma haqda məlumat yaydı
2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.
TEREF APA-ya istinadla xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.
Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.
Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru