Rusiyada döyüş bölgəsində olan hərbçilərin kredit borcları silinəcək

20-11-2024, 00:54           
Rusiyada döyüş bölgəsində olan hərbçilərin kredit borcları silinəcək
Dövlət Duması döyüş bölgəsindəki hərbçilərin borclarının silinməsi haqqında qanun qəbul edib.
Rusiyanın Dövlət Duması Ukraynada keçirilən xüsusi hərbi əməliyyat iştirakçılarının və onların həyat yoldaşlarının ödənilməmiş kredit borclarının silinməsi ilə bağlı qanunu qəbul edib.

TASS xəbər verir ki, borcun məbləği 10 milyon rubldan çox olmamalıdır.

Qəbul edilən sənədə əsasən, borclar aşağıdakı şəxslərin ödənilməmiş kreditlərindən silinəcək: səfərbərliklə hərbi xidmətə çağırılmış Rusiya vətəndaşları, hərbi çağırışla xidmət edənlər (hərbi məktəblərin və ali təhsil müəssisələrinin kursantları istisna olmaqla) və ya 2024-cü il dekabrın 1-dən etibarən Müdafiə Nazirliyi ilə minimum bir illik müqavilə bağlayan hərbçilər, həmçinin onların həyat yoldaşları.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru