Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”

20-11-2024, 19:14           
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Sabiq millət vəkili və rektor Ağacan Abıyevin vəziyyəti pisləşib.

Manset.az-ın əldə etdiyi məlumata görə, o, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib. Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb.

Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abıyeva müalicə yazılıb. O, saytımıza açıqlamasında faktı təsdiqləyib:

"Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəzilərini çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Axırıncı dəfə Hacıbala Abutalıbov zəng etmişdi, onunla danışmışam".

Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru