ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

21-11-2024, 11:14           
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
2023-2024-cü tədris ili ərzində ABŞ-da 1 130 azərbaycanlı təhsil alır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi təşkil edilən tədbirdə bildirib.

O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.

"Birləşmiş Ştatlarda təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞ dünyanın hər yerindən gələn, 210-dan çox ölkə və regionun tələbələri üçün ən cəlbedici təhsil məkanıdır", - səfir vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru