Rusiyanın qarşısıalınmaz raketi: - 10 dəqiqəyə Kiyevə çatır!

21-11-2024, 09:19           
Rusiyanın qarşısıalınmaz raketi: - 10 dəqiqəyə Kiyevə çatır!
Rusiyanın RS-26 “Rubej” qitələrarası ballistik raketi buraxılsa, Kiyevə 8-10 dəqiqəyə çatacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, hərbi ekspert İqor Romanenko bildirib.

Onun fikrincə, Qərbin tədarük etdiyi “Patriot” və “SAMP-T” hava hücumundan müdafiə sistemlərinin təhlükənin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır:

"Konvensiya baxımından biz qeyri-nüvə silahları ilə məşğul oluruq. "Rubej" adi ballistik raketdən qat-qat güclüdür, lakin hava hücumundan müdafiə mütəxəssisləri "Xəncər"ləri vurmağı öyrəniblər. İndi yeni bir raket peyda oldu, ruslar ondan Ukraynadakı “qərarqəbuletmə mərkəzlərinə” təsir etmək üçün istifadə etmək istəyirlər. Qlobal vəziyyəti nəzərə alaraq, onunla zərbə ehtimalı yüksəkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru