Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Hücumundan Müdafiə (HHM) qərargahı noyabrın 19-da Kiyevdə təsis edilib. Eyni zamanda, Sumi və Xarkov vilayətlərində də oxşar qərargahların yaradılması planlaşdırılır. Bu barədə Ukraynanın "Obşestvennoe" adlı xəbər kanalı məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş nümayəndəsi Yuri İhnat bəyan edib ki, HHM mütəxəssislərinin piyada bölmələrinə göndərilməsi hallarının artması çətin vəziyyətlərdən irəli gəlir. Onun sözlərinə görə, bu qərar HHM qüvvələri üçün ciddi problem yaradır, lakin qəbul edilmiş qərarları icra etmək zəruridir.
Bəzi mənbələr isə bu strategiyanın Ukraynanın HHM müdafiə qabiliyyətinin zəifləməsinə səbəb ola biləcəyini qeyd edir.
Eyni zamanda, Ukrayna ali rəhbərliyi Rada iclasını mümkün raket hücumu təhlükəsi səbəbindən təxirə salıb.