"Instagram"dan yeni sevindirici funksiyalar

28-11-2024, 11:38           
"Instagram"dan yeni sevindirici funksiyalar
"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir. Bunlardan biri məkanlarla bağlıdır. Belə ki, artıq olduğunuz yeri birbaşa mesajlar vasitəsilə paylaşa biləcəksiniz.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətdən xəbər verilib.

Bildirilir ki, məkanlar yalnız bir saat ərzində aktiv olacaq.

"Real məkanı təkbətək söhbətlərdə və ya qrup söhbətlərində paylaşmaq olar, müddəti bir saatdan sonra bitir... Yalnız müəyyən söhbətin iştirakçıları sizin yerinizi görə bilərlər. Məkanınız digər çatlara yönləndirilə bilməz. Həmçinin, söhbətin yuxarı hissəsində xüsusi indikator olacaq, bu, özünüzün olduğu məkanı paylaşdığınızı xatırlatmaq üçündür. İstənilən vaxt yerinizi paylaşmağı dayandıra bilərsiniz", - deyə şirkətdən bildirilib.

"Instagram", həmçinin elan edib ki, istifadəçilər artıq "Direct"də özlərinə və ya başqalarına ləqəblər əlavə edərək adları fərdiləşdirə bilərlər.

"Bunun üçün çatın yuxarı hissəsindəki ada toxunub "Ləqəblər"i seçmək lazımdır. Ləqəblər yalnız sizin dialoqlarınızda görünəcək", - deyə tərtibatçılar vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru