O, portağaldan 7 dəfə çox C vitamini ehtiva edir

13-12-2024, 15:58           
O, portağaldan 7 dəfə çox C vitamini ehtiva edir
Gicitkən portağaldan 7 dəfə çox C vitamini ehtiva edən və çox faydalı olan bir bitkidir. Foodinfo.az xəbər verir ki, o, yüksək C vitamini sayəsində immuniteti gücləndirir, orqanizmi infeksiyalara qarşı qoruyur və hüceyrələrin zədələnməsinin qarşısını alan güclü antioksidant təsir göstərir. Gicitkən həmçinin bədəndə dəmirin sorulmasını artırır, bu da qanazlığının qarşısını almağa kömək edir. Bu bitkinin çayı iltihab əleyhinə təsirləri ilə artrit və revmatizm kimi problemlərin simptomlarını azaldır. Eyni zamanda, həzm sistemini yaxşılaşdırır, bədənə detoks təsiri göstərir və toksinlərin xaric edilməsinə kömək edir. Kalium və maqnezium kimi minerallarla zəngin olan gicitkən ürək-damar sağlamlığı üçün də faydalıdır. Lakin yüksək tərkibli aktiv maddələrinə görə həddindən artıq istifadəsindən qaçmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru