Çağırış yaşının 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir, səbəbləri
14-12-2024, 10:14
Çağırış yaşının 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir, səbəbləri: 1) Azərbaycan yarı-peşəkar, Türki ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilub, daha çoxsaylı orduya ehtiyac yoxdur, 2) Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir, 3) İnşallah, sülh müqaviləsi də qapıdadır, 4) Çox güman, "ödənişli əsgərlik", məsələsi də gündəmə gələcək, 5) Qardaş Türkiyə ilə imzalanmış "Şuşa Bəyannaməni" NATO-nun 5-ci maddəsi kimidir, hətta, ondan da güclüdür, çünki, NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır (qərar həmən verilmir), Şuşa sənədinə görə isə Türkiyəyə hücum olsa Azərbaycan, Azərbaycana təhlükə olsa Türkiyə həmən müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azalmasına xidmət edir. Natig Cəfərli TEREF