Nəfəs almağa nəzarət etmək üçün ağıllı plastır yaradılıb

14-12-2024, 17:38           
Nəfəs almağa nəzarət etmək üçün ağıllı plastır yaradılıb
Sauthempton (Böyük Britaniya) alimləri sağlamlıq problemlərinin diaqnostikası üçün nəzərdə tutulmuş ağıllı plastır hazırlayıblar.

Oxu.Az-ın məlumatına görə, tədqiqat "Sensors" jurnalında dərc edilib.

Mütəxəssislər qeyd ediblər ki, müxtəlif xəstəliklərin və kəskinləşmələrin - məsələn, sepsis və koronavirusun qarşısını xəstənin nəfəs alması haqqında məlumatlarla almaq olar. Lakin geyilə bilən sensorlar həcmli və narahatdır. Alimlər dəri ilə birbaşa təmas olmadan belə nəfəs alma tezliyini dəqiq izləyə bilən ağıllı plastır icad ediblər.

Cihaz nəfəsalma tezliyindəki cüzi dəyişiklikləri dəqiq qeyd edə bilən bir neçə funksional təbəqəyə malikdir. Eksperiment çərçivəsində plastır dəqiqədə iki nəfəs dəqiqliyi ilə işləyib. Həmçinin, aparat simsiz əlaqəyə qoşula və xəstədən məlumatları birbaşa həkimin kompüterinə ötürə bilər.

Mütəxəssislər ağıllı plastırı ucuz və kütləvi istehsal üçün uyğun adlandırıblar. Alimlərin qiymətləndirməsinə görə, dünyada 435 milyondan çox insan nəfəsalma problemləri və əlaqəli xəstəliklərdən əziyyət çəkir, buna görə də, ucuz və effektiv tibbi cihazın buraxılması əsaslıdır. Ağıllı plastır klinik sınaqlar çərçivəsində əlavə yoxlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru