Dəməşqdəki xarici nümayəndəlik işçilərinin bir qismi Moskvaya təxliyə edilib - XİN
16-12-2024, 11:44
Rusiya Frderasiyasının Dəməşqdəki səfirliyi işini davam etdirir. Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin, həmçinin KXDR, Belarus və Abxaziya diplomatik nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsini təxliyə edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Situativ Böhran Mərkəzindən bildirilib. “Dekabrın 15-də Xmeymim aviabazasından Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin xüsusi uçuşu Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsini Moskvanın Çkalovski hava limanına çatdırıb”, - məlumatda bildirilir.
Qeyd olunur ki, Belarus, Şimali Koreya və Abxaziyanın diplomatik nümayəndəliklərinin əməkdaşları da təxliyə edilib. "Rusiyanın Dəməşqdəki səfirliyinin işi davam edir” , - məlumatda deyilir.