Bəşər Əsədin əmisinə açılmış cinayət işi dayandırıldı

16-12-2024, 11:26           
Bəşər Əsədin əmisinə açılmış cinayət işi dayandırıldı
İsveçrə Cinayət Məhkəməsi (TPF) Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi, 87 yaşlı Rifat Əsədə qarşı məhkəmə prosesinin dayandırılacağını bildirib.

"DogruXeber.az" xarici mediaya istinadən xəbər verir ki, məhkəmə noyabrın sonunda tərəflərə məlumat verib ki, Rifat Əsəd ona səfərə və məhkəmədə iştirak etməyə imkan verməyən xəstəliklərdən əziyyət çəkir. Rifat hazırda Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Livandadır.

İsveçrə prokurorları 2024-cü ilin martında Rifatın işini Suriyanın Həma şəhərində 1982-ci ildə törədilmiş hərbi cinayətlər, eləcə də insanlığa qarşı cinayətlər ittihamı ilə İsveçrə Cinayət Məhkəməsinə veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru