Macarıstan Ukraynaya 6,5 milyard avroluq yardımı bloklayıb

17-12-2024, 09:14           
Macarıstan Ukraynaya 6,5 milyard avroluq yardımı bloklayıb
Macarıstan Avropa İttifaqının Ukraynaya 6,5 milyard avro məbləğində hərbi yardım ayırmaq qərarına veto qoyub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə keçirilən görüş zamanı açıqlama verib.

“Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi məqsədilə Avropa Sülh Fondundan 6,5 milyard avro ayrılmasını bloklamaq qərarına gəldim”,- deyə nazir bəyan edib.

Bu, Macarıstanın Ukrayna ordusunun silahlanması üçün ayrılan maliyyə paketini blokladığı ilk hal deyil. Rəsmi Budapeşt bildirir ki, mövqeləri yalnız bir şərtlə dəyişə bilər – Ukrayna, Macarıstan şirkətlərinin özünün “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edilməyəcəyinə dair qəti zəmanət verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru