Bitkoin 106 min dolları keçib

17-12-2024, 15:44           
Bitkoin 106 min dolları keçib
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp strateji bitkoin ehtiyatı yaratmaq barədə planlarını açıqlayandan sonra rəqəmsal valyuta rekord həddə yüksəlib.

Dünyanın ən böyük və ən məşhur kriptovalyutası olan bitkoin maksimum 106 min 533 dollara çatıb. “Efir” kriptovalyutası 1,5 faiz artaraq 3965 dollar olub.

Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi NASDAQ 100 indeksinə “MicroStrategy”nin (aparıcı müəssisə analitika platformasına malik ən böyük müstəqil biznes analitikası şirkəti) daxil edilməsi də investorların əhvali-ruhiyyəsini artırıb. Bu, çox güman ki, bitkoin alıcısına çevrilmiş “MicroStrategy” üçün vəsait axınının artmasına səbəb olacaq.

“CoinGecko”nun məlumatına görə, iyul ayından etibarən dünyada hökumətlər ümumi bitkoin tədarükünün 2,2 faizinə malik idi. ABŞ-da isə 200 minə yaxın bitkoin var ki, bu da hazırkı səviyyədə 20 milyard dollardan çoxdur.

“BitcoinTreasuries” veb-saytına görə, əhəmiyyətli miqdarda bitkoini olan digər ölkələr Çin, Böyük Britaniya və Butandır(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru