Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO

Bu gün, 00:11           
Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan “Sednaya” həbsxanasını gəzib. BMT rəsmisi kameradan çıxarkən göz yaşlarını saxlaya bilməyib.

Nümayəndə heyəti ilə birlikdə Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasına baxış keçirən Pedersen həbsdə olanların yaxınları və ailələri ilə söhbət edib. Kameraları bir-bir gəzən Pedersenə həbsxana haqqında təqdimat edilib. Ziyarət zamanı BMT-nin qadın məmuru hücrədən çıxandan sonra göz yaşlarını saxlaya bilməyib.

Pedersen daha sonra mətbuata verdiyi açıqlamada "Ədaləti təmin etmək üçün bu proses ailələrə, sağ qalanlara və qurbanlara dəstəkdən başlamalıdır və bizim dəlilləri qorumaqla başlamalıyıq.

Bu, son dərəcə vacibdir. Daha əvvəl dediyim kimi, bu gün burada gördüklərimiz təsvir edilə bilməz bir dəhşətdir və heç vaxt dünyanın heç bir yerində təkrarlanmamalıdır, biz bu hadisənin arxasınca gedə bilərik və bir daha təkrarlanmamasını təmin edə bilərik",- deyib. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen ədaləti təmin etmək üçün sənədlərin saxlanması lazım olduğunu bir daha vurğulayıb:

"Sənədləri qoruduğumuzdan əmin olmalıyıq. Ona görə də bunun vurğulanması lazımdır. Bu, son dərəcə kritik bir məsələdir. Bu işə başladığım ilk gündən məhbuslarla işləyirik".

Pedersen qeyd edib ki, bu, Suriya vətəndaş müharibəsinin və ondan əvvəlki illərin çoxsaylı faciələrindən biridir:

“Dediyim kimi, bu, həqiqətən, bir daha təkrarlanmamalıdır. Sağ qalanları və onların ailələrini dəstəklədiyimizə əmin olaq. Onların hamımıza həmişəkindən daha çox ehtiyacı var".

“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.