Generalı öldürən şəxs saxlanıldı: Bu türk dövlətinin vətəndaşıdır

18-12-2024, 11:23           
Generalı öldürən şəxs saxlanıldı: Bu türk dövlətinin vətəndaşıdır
Moskvada general-leytenant İqor Kirillova qarşı terror törətməkdə şübhəli bilinən 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya FSB-nin mətbuat xidməti məlumat yayıb.

“FSB əməkdaşları Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində partlayış törədən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını müəyyən edib və saxlayıblar”, - məlumatda deyilir.

FSB-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, evdə hazırlanmış güclü partlayıcı qurğu əldə edib və onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə quraşdırıb.

Qeyd edək ki, partlayış nəticəsində general və onun köməkçisi ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru