Əsəd Moskvaya ailəsi ilə qaçmayıbmış... – Yanında apardığı iki şəxsin adı açıqlandı

21-12-2024, 10:18           
Əsəd Moskvaya ailəsi ilə qaçmayıbmış... –
Məlum olduğu kimi, Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalifət qruplar Dəməşqə daxil olduqdan sonra Bəşər Əsəd Rusiyaya qaçıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Əsəd Rusiyaya qaçarkən onu iki nəfər müşayiət edib. İddialara görə, prezidentin köməkçisi Mənsur Əzzam və mühafizə bölməsinin rəisi, briqada generalı Muhsin Məhəmməd Əsədin Rusiyaya səfəri zamanı onun yanında olub.

Əsədin ailəsi ilə birlikdə qaçmadığı, həyat yoldaşı və uşaqlarının həmin vaxt artıq xaricdə olduğu bildirilib. Əsədin qaçdıqdan sonra bir həftə səssiz qalmasının səbəbi də məlum olub. Onun sosial mediasına giriş məlumatlarına sahib olan köməkçilərinin Suriyanı tərk etmələrini gözlədiyi iddia edilib.

Xatırladaq ki, Əsəd ölkədən qaçdıqdan sonra verdiyi ilk açıqlamada qarşıdurmalar zamanı Rusiya bazasına sığındığını və Moskvanın göstərişi ilə Suriyadan aparıldığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru