Bu qidaları heç vaxt soyuducuda saxlamayın

Bu gün, 08:08           
Bu qidaları heç vaxt soyuducuda saxlamayın
Dietoloq Janvi Sanqvi xəbərdarlıq edib ki, bəzi qidaları heç vaxt soyuducuda saxlamaq olmaz, çünki bu, onları təhlükəli edir.Bu barədə Daily Mail yazır.Həkim soğanı soyuducuda saxlamamağı tövsiyə edib. Onun sözlərinə görə, bu məhsulun tərkibində çoxlu maye var ki, bu da göbələk sporlarının inkişafı üçün ideal şərait yaradır. Əgər yeyilərsə, qusma, mədə krampları, ishal və potensial ölümcül qida zəhərlənməsinə səbəb ola bilər. Eyni səbəbdən diyetoloq sarımsağı soyuducuda saxlamaqla bağlı xəbərdarlıq edib. Həmçinin Sanqvinin fikrincə, kartofu soyuducuda saxlamaq olmaz. Soyuduqda nişasta şəkərə çevrilir ki, yüksək temperaturda bişirildikdə, potensial kanserogen birləşmə olan akrilamid əmələ gələ bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.