X-in süni intellekt vasitəsi olan “Grok”un mobil tətbiqi təqdim olundu

Dünən, 12:54           
X-in süni intellekt vasitəsi olan “Grok”un mobil tətbiqi təqdim olundu
xAI, indiyə qədər yalnız X (əvvəllər Twitter) istifadəçiləri üçün əlçatan olan “Grok” çat botunun öz mobil tətbiqini buraxdı.

İndex.az xəbər verir ki, İlon Maskın süni intellekt şirkəti xAI, öz süni intellekt modeli “Grok” üçün yeni mobil tətbiqini iOS istifadəçilərinə təqdim etdi.

Hazırda beta mərhələsində olan proqram ilk olaraq Avstraliya və bir neçə başqa ölkədə sınaqdan keçirilməyə başlanıb. “Grok” bu addımla X platformasından kənara çıxmağı və süni intellekt chatbot yarışmasında daha güclü iştirak etməyi hədəfləyir.

“Grok”un mobil tətbiqi, mətnləri ümumiləşdirmək, suallara cavab vermək və mətn əsaslı vizuallar yaratmaq kimi xüsusiyyətlərlə masaüstü versiya ilə eyni təcrübəni təqdim edir. Əvvəllər yalnız ödənişli X abunəçiləri üçün mövcud olan bu xidmət noyabr ayında pulsuz versiya ilə sınaqdan keçirilməyə başlayıb.

Tətbiqin ən diqqətçəkən funksiyalarından biri istifadəçilərin yüklədikləri və ya özləri yaratdıqları şəkillər üzərində işləyə bilmələridir. Məsələn, bir bitkinin şəklini çəkə və onun növləri haqqında məlumat əldə edə və ya istənilən şəkli təhlil edə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.