Əsma Əsəd təcrid olunub

26-12-2024, 09:48           
Əsma Əsəd təcrid olunub
Suriyanın keçmiş prezidentinin xanımı Əsma Əsədi leykemiyaya (qan xərçəngi) görə müalicə edən həkimlər onun sağ qalma şansını 50/50 olaraq qiymətləndirirlər.

Bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş prezidentin həyat yoldaşı ona yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün təcrid olunub. Əsma Əsədin başqa insanlarla eyni otaqda olması qadağandır, lakin atası Fəvaz əl-Əxras bir müddət Moskvada onun yanında olub.

Qeyd edək ki, Əsma Əsəd ən azı 2024-cü ilin may ayından leykemiyadan müalicə alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru