Milyonlarla dollarlıq nadir "Ferrari" hərraca çıxarılacaq

26-12-2024, 17:28           
Milyonlarla dollarlıq nadir "Ferrari" hərraca çıxarılacaq
Parisdəkı "RM Sotheby's" hərrac evi 1970-ci il istehsalı olan "Ferrari 512 M" trek avtomobilini satmağa çalışacaq.

Bu barədə auto.ru məlumat yayıb.

Məlumata görə, bu avtomobildən yalnız 25-i hazırlanıb, lakin bəzi dizayn detalları məhz bu nüsxəni unikal edir.

İdman avtomobili 550 at gücü, 5,0 litrlik V12 mühərriklə təchiz olunub.

Lotun sahibləri avtomobilə görə 9-12 milyon avro qazanmağı planlaşdırırlar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.