Yəməndə hava limanına edilən hücumdan sonra ÜST rəhbərinın vəziyyəti ilə bağlı AÇIQLAMA

27-12-2024, 11:38           
Yəməndə hava limanına edilən hücumdan sonra ÜST rəhbərinın vəziyyəti ilə bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus İsrailin Yəmənin paytaxtı Səna beynəlxalq hava limanına hücumu zamanı xəsarət almadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

ÜST rəhbəri əlavə edib ki, onun təyyarəsinin ekipaj üzvlərindən biri yaralanıb.

"Təxminən iki saat əvvəl biz Sənada təyyarəyə minən zaman hava limanı bombardmana məruz qaldı. BMT və ÜST-dən olan həmkarlarım və mənim üçün heç bir təhlükə yoxdur", - ÜST rəhbəri yazıb.

Qebreyesus Yəmənin paytaxtına BMT əməkdaşlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq və ölkədəki humanitar vəziyyəti qiymətləndirmək üçün gəldiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru