Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT

28-12-2024, 00:09           
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə cinayət işi açılıb.

Qaynarinfo-nun məlumatına görə, Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

İş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib və 10.01.2025-ci ildə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Mövlayev Əmirxan Ramazan oğlu 03.01.1955-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub.

Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkim vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru