Perl-Harbor hücumundan sağ çıxan ən yaşlı amerikalı öldü

29-12-2024, 16:24           
Perl-Harbor hücumundan sağ çıxan ən yaşlı amerikalı öldü
İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə Yaponiyanın Perl-Harbordakı ABŞ hərbi dəniz bazasına hücumundan sağ çıxan ən yaşlı amerikalı Uorren Apton Kaliforniyada dünyasını dəyişib.

"Associated Press" xəbər verir ki, Uorren Apton 105 yaşında Los Qatos xəstəxanasında pnevmoniya səbəbindən vəfat edib.

Perl-Harbora hücum zamanı Uorren Apton 22 yaşında olub. O, Ford adasında dayanan "Yuta" döyüş gəmisinin göyərtəsində xidmət edirdi. Bombardman zamanı gəmi batıb, lakin Apton adaya üzərək xəndəkdə sığınacaq tapa bilib.

Qeyd edək ki, hücum günü Perl-Harborda təxminən 87 min ABŞ əsgəri olub. Onlardan hazırda cəmi 15 nəfər sağdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru