Günəşdə çox sayda güclü partlayışlar baş verib: Maqnit qasırğası gözlənilir

30-12-2024, 12:17           
Günəşdə çox sayda güclü partlayışlar baş verib: Maqnit qasırğası gözlənilir
Günəşdə biri ən yüksək dərəcəli X sinfinə aid olan 15 güclü partlayış qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Qeyd edilir ki, ilk partlayış bazar günü gecə baş verib.

"Dekabrın 29-da saat 01:14-də (Bakı vaxtı ilə saat 02:14) 3933 (S09W61) günəş ləkələri qrupunda rentgen diapazonunda 19 dəqiqə davam edən M1.2 alışması aşkar edilib", - məlumatda bildirilir.

Bundan əlavə, gün ərzində daha 14 M və X sinfinə aid partlayışlar qeydə alınıb. Kosmik hava durumunun monitorinqinə əsasən, ən güclülər - X1.1 Bakı vaxtı ilə saat 11:18-də baş verib və M7.1 Bakı vaxtı ilə 19:09-da baş verib

Qeyd olunur ki, X sinfinə aid partlayış Yer kürəsinə mümkün təsiri olan hissədə baş verib.

"İlkin olaraq, dekabrın 31-dən yanvarın 1-dək mülayim maqnit qasırğaları ilə müşayiət olunan kütləvi alovlanmaların Yer kürəsinə təsir etməsi ehtimal edilir", - məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru