11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər

1-01-2025, 15:14           
11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər
ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında iştirakda ittiham olunan üç nəfər yeni məhkəmə qərarı ilə ölüm cəzasından yayına bilər.

Bu barədə "New York Post" məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 30-da hərbi apellyasiya məhkəməsi avqustda terrorçularla məhkəməyəqədərki razılaşmaya xitam verən Pentaqonun rəhbəri Lloyd Ostinin fərmanını ləğv edib. Üç nəfər - Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi edam cəzasını ömürlük həbslə əvəzləmək müqabilində günahlarını etiraf etməyə razılaşıblar.

Məhkəmə gələn həftə keçiriləcək. Ostinin məhkəmənin qərarına etiraz edə biləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru