“Azərbaycanın vurulan təyyarəsi üçün” - Ukraynalı hərbçidən maraqlı addım + FOTO

9-01-2025, 09:54           
“Azərbaycanın vurulan təyyarəsi üçün” -
Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Rusiyaya qarşı istifadə etdiyi artilleriya mərmisinin üzərinə “Azərbaycanın vurulan təyyarəsi üçün” sözlərini yazıb.

"AzPolitika" xəbər verir ki, onun bu addımı sosial şəbəkələrin Azərbaycan seqmentində böyük marağa səbəb olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazisində hücuma məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru