Nüvə silahlarının Ukraynaya verilməsi nəyə səbəb ola bilər?

8-02-2025, 07:34           
Nüvə silahlarının Ukraynaya verilməsi nəyə səbəb ola bilər?
"Ukraynanın NATO-ya qəbulu və Kiyevə nüvə silahı verilməsi III Dünya müharibəsinin başlaması üçün əsas olacaq".

Demokrat.az xəbər verir ki, bu barədə amerikalı senator Mayk Li X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Ukraynanı NATO-ya qəbul etmək və ona nüvə silahı vermək asanlıqla III Dünya müharibəsini başlada bilər", deyə senator həyəcan təbili çalıb.

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski demişdi ki, ABŞ respublikanı NATO-da görmək istəməsə, təhlükəsizlik zəmanəti olaraq Kiyevə nüvə silahı verə bilər. O, ölkənin Şimali Atlantika Alyansına daxil olmasının onilliklər çəkə biləcəyindən şikayətlənib.

Onun sözlərinə görə, belə olan halda Ukraynanın özünü necə müdafiə edəcəyi sualı yaranır. Bununla bağlı Zelenski Kiyevi nüvə silahı ilə təmin etməyə çağırıb.

Öz növbəsində Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko bəyan edib ki, Zelenskinin ölkəsini nüvə silahı ilə təmin etmək tələbi həyasızlıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru