"Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb

17-02-2025, 12:49           
"Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb
"Android" əməliyyat sisteminin yeni versiyası fırıldaqçılardan qorunmaq üçün zənglər zamanı smartfonların bəzi funksiyalarını bloklamağa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Anti-Malware" portalı məlumat yayıb.

Beləliklə, "Android 16 Beta 2"də telefon zəngləri zamanı parametrlərdə potensial təhlükəli dəyişikliklərin qarşısını alan funksiyalar aşkar edilib. Bu yenilik xüsusi funksiyalara çıxışı olan zərərli proqram təminatının quraşdırılmasının qarşısını almağa yönəlib, çünki fırıldaqçılar çox vaxt insanları zərərli proqramları yükləməyə inandırır və onlardan parametrlərdə bu bölməyə daxil olmağı istəyirlər. "Google" ümid edir ki, yeni qorunma funksiyası fırıldaqçılığın qarşısını almağa kömək edəcək.

Kənar yükləmələr "Android"də defolt olaraq söndürülsə də, fırıldaqçılar bu məhdudiyyəti necə keçəcəyini izah edə və qurbanı onların göstərişlərinə əməl etməyə inandıra bilərlər. Bununla belə, cihazda "Advanced Protection" rejimi aktivdirsə, bu hiylə işləməyəcək.

Kənar yükləmələrinin aktiv edildiyi və ya tətbiqin "Google Play"də mövcud olduğu hallarda, "Android 16"da xüsusi imkanlara giriş kimi potensial təhlükəli icazələrin bloklama funksiyası var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru