“FlyOne Armenia” Moldovada qadağan edildi

20-02-2025, 09:44           
“FlyOne Armenia” Moldovada qadağan edildi
Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyəti qadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.

TNS xarici mediaya istinadən xəbər verir ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu gün qüvvəyə minib.

Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.

Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Həftədə dörd dəfə İrəvan-Kişineu marşrutu üzrə müntəzəm reyslər həyata keçirən “FlyOne Armenia” artıq bu istiqamətdə uçuşları davam etdirə bilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru