Vatikan Roma Papasının mümkün dəfn mərasimi üçün hazırlıq görür

20-02-2025, 09:06           
Vatikan Roma Papasının mümkün dəfn mərasimi üçün hazırlıq görür
Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası pontifikin mümkün dəfn mərasimi ilə bağlı məşqlərə başlayıb.
Bu barədə "Blick" nəşri məlumat yayıb.

"İsveçrə Qvardiyası pontifikin ölümü də daxil olmaqla istənilən ehtimala hazırlıq görür. Mühafizəçilər üçün komendant saatı tətbiq edilib. Həmçinin dəfn mərasiminə aid məşqlər keçirilir", - deyə məlumatda qeyd olunub.

Öz növbəsində, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti açıqlamasında bildirib ki, Papa Fransiskin vəziyyəti stabildir və qan analizinin nəticələri bəzi göstəricilərdə onun bir qədər yaxşılaşdığını göstərir.

Xatırladaq ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Bir gün əvvəl ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlər onun kliniki vəziyyətinin mürəkkəb olduğunu bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru