Məşhur həkim və teleaparıcı məhkəməyə verilib

Dünən, 16:14           
Məşhur həkim və teleaparıcı məhkəməyə verilib
Yelena Malışevaya qarşı məhkəmə iddiası qaldırıldı

Rusiyalı Teleaparıcı və həkim Yelena Malışeva müəllif hüquqlarının pozulması ilə bağlı məhkəməyə verilib.

Bu barədə "Звездач" məlumat verib.

Məlumata görə, iddianın məbləği 83 333 rubl təşkil edir.

Qeyd olunur ki, bu, Malışevanın müəllif hüquqlarını pozması ilə bağlı ilk hal deyil. O, daha əvvəl oxşar səbəbdən 130 min rubl məbləğində kompensasiya ödəyib.

Xatırladaq ki, Malışeva bir müddət əvvəl "Jit zdorovo!" proqramının efirində Rusiya Dövlət Dumasına müraciət edərək duza yod əlavə edilməsini tələb etmişdi. Onun sözlərinə görə, ölkədə bir çox vətəndaşın orqanizmində yod çatışmazlığı var ki, bu da uşaqların inkişafında problemlərə və qalxanabənzər vəzinin fəaliyyətində çətinliklərə səbəb olur.

Yanvarda isə teleaparıcı Yuliya Vısotskayaya məxsus "Yemək evdə" şirkəti də müəllif hüquqlarının pozulması ilə bağlı məhkəməyə verilib. İddiaçı "Səkkizinci əmr" təşkilatı Vısotskayanın proqramda onların materiallarını müəllif hüquqları qeyd olunmadan istifadə etdiyini bildirib. Bu iş üzrə 100 min rubl məbləğində təzminat tələb edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.