SON DƏQİQƏ! Süni intellektlə bağlı VACİB XƏBƏR
Bu gün, 07:54

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası təsdiqlənib. Süni intellekt strategiyasının cəmiyyətimiz üçün perspektivləri nədən ibarət olacaq?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Referans-ın suallarını cavablandırıb.
Elvin Abbasov süni intellekt bu gün bütün sektorlara və peşələrə töhfə verən əsas texnologiyalardan biridir. Bu hətta bir çox insanın öz işini itirmə qorxusu yarada biləcək bir sahədir. Bu texnologiya qanunvericilik əsasında inkişaf etməlidir. Bu istiqamətdə də bu gün dövlət tərəfindən strategiya elan edildi.
Müsahibimizin qənaətinə görə, bu strategiyanın dövlət və vətəndaşlar üçün əhəmiyyəti odur ki, biz həm sosial həm də iş həyatında süni intellekt həllərinin daha çox istifadə etməyə başlayacağıq. Bunun üçün də süni intellektlə bağlı anlayışların, hüquqi normativ bazanın formalaşdırılmasına ehtiyac var idi. Çünki biz bəzən bu sahədə problemlər olduqda öz hüquqlarımızı qoruya bilmirdik. Hüquqi normativ aktların olması ilə bizim istehlakçı hüquqlarımız da qorunmuş olur.
Elvin Abbasov onu da bildirib ki, bütün bunların fonunda Azərbaycanda qanunvericilik bazası formalaşacaq. Bununla da hüquqlarımız dövlət tərəfindən müəyyənləşmiş və miqyaslanmış olacaq.