Qaradağda külək TIR-ları çətin vəziyyətə saldı: QƏZA OLDU

Bu gün, 09:20           
Qaradağda külək TIR-ları çətin vəziyyətə saldı: QƏZA OLDU
Küləkli hava şəraiti Qaradağ rayonu ərazisində sürücüləri çətin vəziyyətə salıb.

TEREF Avtosfer.az-istinadən xəbər verir ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan TIR-lardan birinin üzərindəki konteyneri külək yolun hərəkət hissəsinə aşırıb.

Digər yük maşınları isə aşmamaq üçün biri-birinə sığınaraq hərəkələrini davam etdiriblər. Onlardan birinin artıq təhlükəli vəziyyətdə olduğu videoda açıq şəkildə görünür.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və sahibkarlara müraciət edərək belə hava şəraitində son dərəcədə diqqətli olmağı tövsiyə etsə də, bəzi hallarda buna diqqət edilməməsi ciddi təhlükə yaradır və qəzalara səbəb olur.

Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.