"SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır

20-03-2025, 17:25           
"SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır
"SpaceX" şirkəti 20-30 ildən sonra Marsda Yerdən dəstəyə ehtiyac duymayacaq sivilizasiya yaratmağı planlaşdırır.

Bu barədə şirkətin sahibi İlon Mask "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz Marsa getmək istəyən hər kəsi göndərmək və nəticədə, orada özünü təmin edə biləcək sivilizasiya qurmaq istəyirik. Şirkətin uzunmüddətli məqsədi budur: elə edək ki, müxtəlif planetlərdə həyat olsun. Düşünürəm ki, biz bunu 20-30 il ərzində edə bilərik", - deyə Mask vurğulayıb.

Martın 15-də Mask "Optimus" adlı insanabənzər robotu ilə "Starship" kosmik gəmisinin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Marsa robotla uçuşlar uğurlu olarsa, o zaman 2029-cu ildə içərisində insanların olduğu gəmilər göndərilə bilər.

Tərtibatçının planlarına əsasən, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə pilotlu uçuşlar, peyklərin buraxılması, Aya və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru