Rusiyanın əsirliyindən qayıdan ukraynalı hərbçinin FOTOsu təəccübləndirdi

25-03-2025, 17:34           
Rusiyanın əsirliyindən qayıdan ukraynalı hərbçinin FOTOsu təəccübləndirdi
Ukrayna Milli Qvardiyasının əsgəri rus əsirliyindən əvvəlki və sonrakı fotoları nümayiş etdirib.

TEREF xəbər verir ki, onun bu müqayisəli foto paylaşımı görənləri dəhşətə gətirib.

"Mən evdəyəm. Bu da fərq. 1037 gün əsirlikdə oldum və 40 kq arıqladım" deyə Milli Qvardiyanın əsgəri İvan Petrovski paylaşımında bildirib.

Qeyd edək ki, Petrovski martın 19-da baş tutan məhbus mübadiləsi çərçivəsində Ukraynaya qaytarılıb. O, Mariupolun müdafiəsində iştirak edib. Hərbçi 2022-ci ilin mayında ələ keçirilib və əsirlikdə təxminən üç il qalıb. (musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru