"Tesla" obyektləri atəşə tutulur! Mask: "Bu, terrordur"

26-03-2025, 09:18           
"Tesla" obyektləri atəşə tutulur! Mask: "Bu, terrordur"
Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder və Prezident Donald Trampın hökumət komandasının üzvü İlon Mask "Tesla" mağazalarının atəşə tutulmasını və enerji doldurma stansiyalarının yandırılmasını terrorçuluq aktları hesab elədiyini bildirib.
Mask X hesabında yazıb: ""Tesla" mağazalarının atəşə tutulmasını və enerji doldurma stansiyalarının yandırılmasını terrorçuluq aktları olmasına şübhə yoxdur". Mask əvvəlcə "Tesla"nın diler mərkəzlərinə və avtomobillərinə qarşı vandalizmi psixi pozuntularla əlaqələndirdiyini bəyan etmişdi.
Martın 9-da "NBC News" telekanalı, Maskın ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) rəhbərlik etməsindən sonra "Tesla" obyektlərinə "hücum dalğası" haqqında məlumat vermişdi.
Telekanalın məlumatına görə, bir neçə həftə ərzində avtomobillərə, dilerlərə və şirkətin enerji doldurma məntəqələrinə hücumlar da daxil olmaqla, 10 vandalizm aktı baş verib. ABŞ prezidenti Donald Tramp da bu cür hərəkətləri törədənləri terrorçu adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru