"Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi

28-03-2025, 12:48           
"Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
Amerikalı sahibkar İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Ermənistanda istifadəyə verilib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

"Starlink"in regionda buraxılması planları hələ 2022-ci ildə elan edilmişdi.

Qeyd edək ki, "Starlink" İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları "SpaceX" raketləri ilə həyata keçirilir.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru