Tbilisidə parlament qarşısında etiraz aksiyası: saxlanılanlar var

29-03-2025, 08:24           
Tbilisidə parlament qarşısında etiraz aksiyası:
Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasında polis iştirakçıları saxlayıb.

Hadisə ilə bağlı kadrları Pirveli telekanalı yayımlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, inzibati qayda pozuntusuna görə ən azı iki nəfər saxlanılıb. Lakin Pirveli telekanalının məlumatına əsasən, saxlanılanların sayı daha çoxdur.

Müxalifətçi Nika Qvaramiyanın bildirdiyinə görə, aksiya zamanı Axali Partiyasının lideri Elene Xoştariya da saxlanılıb.

Etiraz aksiyası Gürcüstan parlamentində keçmiş prezident Mixail Saakaşvilinin prezidentliyi dövründə törədilmiş cinayətləri araşdıran komissiyanın iclası fonunda başlayıb.

Xatırladaq ki, ötən həftə Gürcüstan məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə ittihamı ilə 4,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hökm elan edilərkən məhkəmə zalında gərginlik yaşanıb və məhkəmə icraçıları Saakaşvilinin tərəfdarlarını zaldan çıxarmağa məcbur olublar. Keçmiş prezidentin özü iclasda iştirak etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.