Şara onu Suriyanın yeni baş müftisi təyin etdi

29-03-2025, 11:23           
Şara onu Suriyanın yeni baş müftisi təyin etdi
Suriya Prezidenti Əhməd əş-Şara keçid dövrü üçün Şeyx Üsamə ər-Rifaini ölkənin yeni baş müftisi təyin edib.

Axar.az xəbər verir ki, bu qərar müsəlman ruhanilərinin Dəməşqdə keçirilən konfransı çərçivəsində üləmalarla görüşdən sonra qəbul edilib.

Bu forumda 15 ilahiyyatçıdan ibarət Fitva Şurası yaradılıb.

“Prezident ona verilmiş konstitusiya səlahiyyətlərinə uyğun olaraq Ali Müftini təyin edib. Bu addım mötədil dini siyasətin aparılması və müasir reallıqlara adekvat qanunvericiliyin formalaşdırılması istiqamətində səylərin birləşməsinə kömək edəcək”, - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru