"Microsoft" şirkəti "Windows 11"də yaşıl "ölüm ekranı" tətbiq edir

1-04-2025, 17:18           
"Microsoft" şirkəti "Windows 11"də yaşıl "ölüm ekranı" tətbiq edir
ABŞ-nin "Microsoft" korporasiyası "Windows 11" əməliyyat sisteminin yeniləmələrində sistem xətaları zamanı görünən məşhur mavi "ölüm ekranı"ndan (BSoD) imtina edərək onu yaşıl rənglə əvəz etməyi qərara alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

"Biz sistem gözlənilmədən yenidən başladığı hallar üçün yenilənmiş və optimallaşdırılmış interfeys təqdim edirik. Bu, "Windows 11"in dizayn prinsiplərini daha yaxşı əks etdirir və əsas məqsədimizə - istifadəçilərə (kompüterlərinə) girişi maksimum sürətlə qaytarmağa cavab verir", - deyə tərtibatçılar qeyd edirlər.

"Microsoft" bloqunda yerləşdirilmiş yenilənmiş yaşıl interfeysdə əvvəllər sistem xətası mesajlarına əlavə edilən kədərli smaylik və QR kod yoxdur.

Mavi "ölüm ekranı" ilk dəfə 1990-cı ildə "Windows 3.0" əməliyyat sisteminin aləti kimi meydana gəlib və sistem administratorlarına kompüterin avadanlıq və yaddaş nasazlıqlarını diaqnoz etməyə imkan verib. "Windows 11" 2021-ci ildə təqdim edilib.

İlkin olaraq mavi "ölüm ekranı"nı qara rənglə əvəz etmək planlaşdırılırdı.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.