Cavanşir Yusifovun nöqsanlı fəaliyyəti dövlətə külli miqdarda ziyan vurur
22-10-2016, 01:05
Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Samir Şərifovu aldadıb? Bu qurum şişirdilmiş büdcə proqnozları hazırlamağa cəhd göstərən bəzi nazirliklərin, komitə və şirkətlərin əməllərinə göz yumur Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun adı müxtəlif vaxtlarda ayrı-ayrı kütləvi informasiya vasitələrində əsas tənqid hədəflərindən biri kimi hallanıb. Belə ki, onun rəhbərlik etdiyi xidmətin fəaliyyətindəki qaranlıq məqamların, yol verilən ciddi nöqsanların ölkənin maliyyə sektorunda ciddi geriləməyə, bir sıra gəlirli sahələrdən əldə olunan mənfəətin azalmasına səbəb olduğunu, o cümlədən maliyyə naziri Samir Şərifovun məqsədyönlü fəaliyyətinə kölgə saldığını, adıçəkilən nazirliyin nüfuzuna xələl gətirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, ölkənin müxtəlif şəhər və rayonlarında sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamları Cavanşir Yusifovun tabeliyində olan əməkdaşların təqiblərinə məruz qalırlar. Beləliklə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin strukturuna xidmətin mərkəzi aparatı, eyni zamanda ölkənin on şəhər və rayonlarında yaradılmış regional maliyyə müfəttişliklərinin daxil olduğunu vurğulayan mənbənin sözlərinə görə, adıçəkilən qurum tərəfindən əsasən özəl obyektlərdə yoxlamaların aparılması, sahibkarlardan qeyri-rəsmi ödənişlərin tələb edilməsi ucbatından hər ay onlarla müəssisə fəaliyyətini dayandırır, yüzlərlə sahibkar müflis olmaq həddinə çatır: «Deyilənlərə görə, son zamanlar bu cür yoxlamaların sayı günbəgün artır və hər bir sahibkar ayda ən azı bir dəfə təftişə gələn məmurları qarşılayıb yola salmağa məcbur olurlar. Halbuki müvafiq qanunvericiliyə əsasən vergi orqanları istisna olmaqla, qalan dövlət qurumlarının bu və digər obyektdə, müəssisədə yoxlama aparması yasaq edilir. Lakin buna baxmayaraq, Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planı hər il olduğu ki, bu il də yeni yoxlamalarla doldurulub. Deyilənlərə görə, əgər adıçəkilən xidmətin əsas gəlir mənbəyi olan yoxlamalar azaldılarsa, o zaman xidmətin rəisi Cavanşir Yusifovun «dolanışığı» anındaca zəifləyər. Artıq hamıya bəllidir ki, dövlət büdcəsi hesabına maliyyələşən bəzi idarə və təşkilatlarda külli miqdarda vəsait, dövlət əmlakı mənimsənilib, talan edilib, təyinatı üzrə xərclənməyib. Ölkə başçısı hər dəfə keçirdiyi müşavirələrdə dövlət və maliyyə intizamının möhkəmləndirilməsinin vacibliyindən danışır. Çünki bu sahədə olan boşluqların nəticəsində bu gün dövlət büdcəmiz təhlükəyə düşüb və vəziyyət gün-gündən ağırlaşmaqda davam edir. Bunun məsuliyyəti isə birbaşa Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun üzərinə düşür.Nəzərinizə çatdırım ki, ölkə başçısının 9 fevral 2009-cu il tarixli, 48 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə»nin 1-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra — Xidmət) dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin,habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərindədövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır». Bununla yanaşı, onu da qeyd edim ki, hörmətli maliyyə nazirimiz Samir Şərifov bu yaxınlardakı çıxışında bildirdi ki, onu aldadıblar. Düzdür, nazir onu kimin aldatdığını deməsə də, bildirilir ki, bu şəxs məhz Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdur». Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Dövlət Maliyyə Nəzarəti Xidməti işinin öhdəsindən layiqincə gələ bilmədiyindən bu gün əksər büdcə təşkilatlarında vəsaitlərin talanması faktları mövcuddur: «Bildiyiniz kimi, son zamanlar müvafiq qurumlar tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılsa da, hələ də cəmiyyəti, əsasən də müxtəlif postlarda təmsil olunan məmurları bu bəladan uzaqlaşdırmaq mümkün olmayıb. Elə buna görə də bu günün özündə ayrı-ayrı məmurların müxtəlif əyri yollara baş vurmaqla büdcə vəsaitlərini talaması faktları var. Sanki bu istiqamətdə, yəni büdcəni talamaqla daha çox gəlir əldə etmək uğrunda yarışa girən məmurlar hərəsi min-bir üsulla dövlətə zərbə vururlar. Lakin nədənsə, büdcənin icrasına, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyinə nəzarət etməli olan qurum - Cavanşir Yusifovun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidməti bunu görməməzliyə vurur, hətta bəzi məqamlarda bu prosesin iştirakçısına çevrilir. Deyilənlərə görə, adıçəkilən qurum şişirdilmiş büdcə proqnozları hazırlamağa cəhd göstərən bəzi nazirliklərin, komitə və şirkətlərin əməllərinə göz yumur. Buradan da belə qənaətə gəlmək olar ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin öz funksiyasını layiqincə yerinə yetirməməsi büdcənin səmərəsiz xərclərlə yüklənməsinə və beləliklə də talanmasına şərait yaradır. Məhz elə buna görə də tez bir zamanda müvafiq qurumlar tərəfindən Cavanşir Yusifovun fəaliyyəti ciddi şəkildə araşdırılmalı, Dövlət Maliyyə Nəzarəti Xidmətində yol verilən nöqsanlara görə cavabdeh olan şəxslər qanuni uyğun şəkildə cəzalandırılmalıdırlar».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az