Tramp Maska dövlət xidmətində qalmağı təklif edib

1-05-2025, 12:36           
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
ABŞ-nin Dövlət Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask, istədiyi qədər dövlət xidmətində qala bilər.
"Fox News" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp komanda ilə görüşündə bildirib.

“İstədiyin qədər qala bilərsən,” – deyə Tramp Maska bildirib.

29 aprel tarixində ABŞ prezidenti bəyan edib ki, Maskın qərarı ilə həyata keçirilmiş bəzi ixtisarların yenidən nəzərdən keçirilməsini planlaşdırır. Eyni zamanda, Ağ Evin rəhbəri vurğulayıb ki, DOGE departamenti milyardlarla dollar həcmində israfçılıq və dələduzluq halları aşkarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru