ABŞ-nin avtomobil istehsalçısı "Rezvani Motors" yeni modeli barədə məlumat təqdim edib.
Oxu.Az auto.ruya istinadən xəbər verir ki, tamötürücülü hiper SUV "Knight" ("Cəngavər") adlandırılıb.
Hazırda avtomobil üçün 500 dollarlıq geri qaytarıla bilən depozitlə sifarişlər qəbul edilir. Tam təqdimatın isə yaxın həftələrdə keçiriləcəyi bildirilir.
"Cəngavər" tamamilə yeni karbon gövdə ilə təchiz edilib. Kapotun altında 761 at gücünə malik, iki turbolu V8 mühərrik quraşdırılıb. Müqayisə üçün, artıq istehsaldan çıxarılmış "Lamborghini Urus Performante" 666 at gücündədir.
Bildirilir ki, "Rezvani Knight" 100 km/saat sürətə 3 saniyəyə çatır.