Uşaqlarda xərçəng yaradan “Pampers”-ləri Azərbaycana bu əski deputat gətirdir
27-10-2016, 22:22
Azərbaycanda və dünyada populyar uşaq bezi markalarından olan "Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən maddələr aşkarlanıb
Politika.Az xəbər verir ki, bunu "Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər. Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur.
Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir. Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.
Son dövrlər Bakıda aptek və dükanlarda "Pampers” markalı uşaq bezləri yoxa çıxmağa başlayıb. Xüsusən də 5 və 6 ölçülü uşaq bezlərini tapmaq müşkülə çevrilib. Üstəlik, tapıldıqda da ən azı əvvəlki qiymətindən 40 qəpik baha olduğu da diqqəti çəkir.
Bu məhsulları ölkəyə gətirən "Diplomat-1” firmasıdır və onun da rəhbəri sabiq deputat Aslan Cəfərovdur. 1973-cü il təvəllüdlü Cəfərov deputatlıq fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra biznesinin başçına keçib.
O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir. Onun adı Fətullah Gülənlə də hallanıb.
Azərbaycana gətirilən uşaq qidaları, həmçinin, körpələrin alt geyimi olan «Pampers» və bu kimi digər məhsulların idxal inhisarçılığı Aslan Cəfərova məxsusdur.
Onun mövqeyini dərc etməyə hazırıq.
teref.az