Napoleonun mühüm missiyalar üçün istifadə etdiyi əfsanəvi qılıncı satışa çıxarıldı FOTO

22-05-2025, 17:54           
Napoleonun mühüm missiyalar üçün istifadə etdiyi əfsanəvi qılıncı satışa çıxarıldı FOTO
Napoleon Bonapartın 10 il ərzində daşıdığı əfsanəvi qılınc Parisdə 850 min funt sterlinqə (təxminən 1.9 milyon manat) satışa çıxarılıb.

Bu barədə Daily Mail məlumat yayıb.

Bu silah 1804-cü ildə Napoleonun Fransa imperatoru elan olunması şərəfinə Versal silah zavodunda hazırlanıb. 81 sm-lik qılıncın üzərində "N Bonaparte" və "Premier Consul" (Birinci Konsul) yazıları həkk olunub. Napoleon bu qılıncı çox qiymətləndirirdi və 1815-ci ilin martına qədər özündə saxlayıb.

Sonradan o, bu qılıncı Lionun ələ keçirilməsi və Anqulem hersoqunun əsir alınması münasibətilə marşal Emmanuel de Qruşiyə hədiyyə edib. Vaterloo döyüşündəki məğlubiyyətdən sonra Napoleon Müqəddəs Yelena adasına sürgün edilib və ömrünün son illərini orada keçirib. Qılınc isə 210 il ərzində Qruşi ailəsində saxlanılıb və indi "Druo" hərracında satışa çıxarılıb.

Hərracın təşkilatçısı bildirib ki, bu silah nadirliyi, yüksək keyfiyyəti və unikal tarixi ilə fərqlənir. Bu qılınc Napoleonun iki əsrdən artıq bir ailədə qorunub saxlanılmış azsaylı şəxsi əşyalarından biridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru