ABŞ-də Linkolnun qana bulaşmış əlcəkləri 1,5 milyon dollara satıldı

23-05-2025, 17:48           
ABŞ-də Linkolnun qana bulaşmış əlcəkləri 1,5 milyon dollara satıldı
ABŞ-nin 16-cı Prezidenti Avraam Linkolnun qana bulaşmış əlcəkləri Çikaqoda keçirilən hərracda 1,5 milyon dollara, burun dəsmalı isə 826 min dollara satılıb. Bu əşyalar 1865-ci il aprelin 14-də onun öldürüldüyü gecə cibində olub.

Bu barədə "New York Post" nəşri məlumat verir.

Hərracda həmçinin Linkolnu öldürmək məqsədilə sövdələşmədə şübhəli bilinən üç şəxsin fotoşəkillərinin olduğu "Axtarılır" plakatı 762 min dollara satılıb.

Bundan başqa, Linkolnun 1824-cü il qeyd dəftərçəsindən götürülmüş əl yazısının məlum ən köhnə nümunəsi üçün 500 min dollardan çox pul ödənilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru