Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"

24-05-2025, 08:39           
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Rusiya və Ukrayna arasında müharibə son mərhələsinə çatmaqdadır. 2025-ci ilin ortalarına qədər müvəqqəti atəşkəs mümkün görünür.

Axar.az xəbər verir ki, bu barədə "JPMorgan Chase" Geosiyasi Mərkəzinin analitiklərinin araşdırmasında deyilir.

Qeyd edilir ki, münaqişə tərəflərin güzəştə getməyə hazır ola biləcəyi mərhələyə daxil olub.

Mütəxəssislərin fikrincə, indiki irəliləyiş tempi ilə Rusiya qüvvələrinə Ukraynanın bütün ərazisini ələ keçirmək üçün bir əsrdən çox (təxminən 118 il) vaxt lazımdır.

Məhz buna görə də, Rusiya Prezidenti Vladimir Putin ona strateji təsirini saxlamağa və uzunmüddətli məqsədini - Kiyev üzərində nəzarəti reallaşdırmaq şansını qoruyub saxlamağa imkan verəcək sövdələşmə ilə razılaşa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru